Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək
sosial

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

23-10-2025 18:00 16 Baxış
IMG

İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

 

Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

 

Təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.