Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya NATO Rusiyaya qarşı müharibə niyyətindədir - Sabiq deputat
dünya

NATO Rusiyaya qarşı müharibə niyyətindədir - Sabiq deputat

24-07-2025 22:00 40 Просмотров
IMG

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya qarşı sonuncu ukraynalıya qədər müharibə aparmaq niyyətindədir.

Tvit.az xəbər verir ki, bu fikri Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının keçmiş deputatı Olqa Petersen bildirib.

“O, başa düşülməlidir ki, NATO ölkələri Rusiyaya qarşı sonuncu ukraynalıya qədər vuruşacaqlar. Burada isə ukraynalılara sual vermək lazımdır: Bu onlara lazımdırmı?” – deyə siyasətçi bildirib.

O həmçinin qeyd edib ki, Ukrayna NATO siyasəti üçün vacibdir, lakin Qərb ölkələri üçün Ukrayna vətəndaşlarının heç bir əhəmiyyəti yoxdur.

Aysel Şirinova