Şimali Atlantika Alyansı (NATO) Rusiyaya qarşı sonuncu ukraynalıya qədər müharibə aparmaq niyyətindədir.
Tvit.az xəbər verir ki, bu fikri Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının keçmiş deputatı Olqa Petersen bildirib.
“O, başa düşülməlidir ki, NATO ölkələri Rusiyaya qarşı sonuncu ukraynalıya qədər vuruşacaqlar. Burada isə ukraynalılara sual vermək lazımdır: Bu onlara lazımdırmı?” – deyə siyasətçi bildirib.
O həmçinin qeyd edib ki, Ukrayna NATO siyasəti üçün vacibdir, lakin Qərb ölkələri üçün Ukrayna vətəndaşlarının heç bir əhəmiyyəti yoxdur.
Aysel Şirinova