Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Xırdalanda ev yanır - VİDEO (YENİLƏNİB)
turizm

Xırdalanda ev yanır - VİDEO (YENİLƏNİB)

12-06-2025 13:00 55 Просмотров
IMG

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Tvit.az" xəbər verir ki, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Abşeronda fərdi yaşayış evində yanğın baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.