Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Daha bir tiktoker azadlığa buraxıldı
turizm

Daha bir tiktoker azadlığa buraxıldı

04-06-2025 19:00 36 Просмотров
IMG

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tiktokerin barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

 

Müdafiəçi tiktokerin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

 

Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən şikayət təmin olunub.

 

Elvin Abdullazadənin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elvin Abdullazadə ötən ilin dekabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı.

 

Həmin dövrdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, bir dəfə də uzadılmışdı.

 

Xatırladaq ki, ötən həftə bir neçə tiktoker də azadlığa buraxılmışdı.