Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Prezidentdən 7 min nəfəri sevindirəcək SƏRƏNCAM
siyasət

Prezidentdən 7 min nəfəri sevindirəcək SƏRƏNCAM

04-06-2025 13:00 45 Просмотров
IMG

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq.

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.