İşğaldan azad edilmiş Ağdam şəhərində tikintidə hadisə baş verib.
Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə, tikintidə işləyən fəhlə Sənan Mustafayev yıxılıb və sinəsinə armatur batıb. Yaralı Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-in xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.