Bakıda 14 yaşlı oğlan itkin düşüb.
Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə mayın 11-də baş verib.
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsində yaşayan 2011-ci il təvəllüdlü Rəvan Nadir oğlu Cabbarov yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb. R.Cabbarov 8-ci sinif şagirdidir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.