Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA
turizm

Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA

02-05-2025 23:00 32 Просмотров
IMG

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Pənahovun oğlu işgəncələrdən Kalforniyadan Bakıya qaçan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. 

"Tvit.az" Haqqin.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Bundan əlavə, işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, 38 yaşlı H.Pənahova birliyin sığınacağına yerləşdirilə bilər:

“Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edəcək”.