Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı
turizm

Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı

02-05-2025 18:00 34 Просмотров
IMG

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Məlumata görə, Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - məlumatda deyilir.