ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Maykl Valtzın istefası "Siqnal" messenceri ilə baş verən qalmaqallı hadisə ilə bağlıdır.
Bu barədə "Fox News" telekanalının yaydığı məlumatda bildirilir.
Valsın Donald Trampın müşaviri postunu tərk etməsi cümə axşamı, mayın 1-də məlum oldu. Onun bu vəzifədə mümkün xələfi Ağ Evin başçısının xüsusi elçisi ola bilər. İddia olunur ki, hazırda bu vəzifəyə əsas namizəd Stiven Uitkoffdur.