ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Maykl Valtzın istefası "Siqnal" messenceri ilə baş verən qalmaqallı hadisə ilə bağlıdır.
Tvit.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının yaydığı məlumatda bildirilir.
Valsın Donald Trampın müşaviri postunu tərk etməsi cümə axşamı, mayın 1-də məlum olub. Onun bu vəzifədə mümkün xələfi Ağ Evin başçısının xüsusi elçisi ola bilər.
İddia olunub ki, hazırda bu vəzifəyə əsas namizəd Stiven Uitkoffdur.
Aysel Şirinova