Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ceyhun Bayramov Küveytə GETDİ
siyasət

Ceyhun Bayramov Küveytə GETDİ

29-04-2025 19:00 24 Просмотров
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.