Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Pezeşkian Bakıya çatdı - YENİLƏNİB (VİDEO)
siyasət

Pezeşkian Bakıya çatdı - YENİLƏNİB (VİDEO)

28-04-2025 12:00 12 Просмотров
IMG

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Tvit.az" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

***

11:00

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.

"Tvit.az" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.