Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ceyhun Bayramov Kaya Kallası qarşılayıb
siyasət

Ceyhun Bayramov Kaya Kallası qarşılayıb

25-04-2025 12:00 20 Просмотров
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.

Tvit.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Ceyhun Bayramov və Kaya Kallas arasında təkbətək görüş başlayıb.

Ceyhun Bayramov təkbətək görüş barədə paylaşımında bildirib ki, Azərbaycan-Avropa İttifaqı ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri gündəmin əsas mövzusudur.

“Qarşılıqlı maraqlara və anlaşmaya əsaslanan hörmətli, balanslaşdırılmış dialoqun davam etdirilməsi vurğulanıb”, - nazir qeyd edib.