Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski: Biz istənilən formatda masa arxasında oturmağa hazırıq
dünya

Zelenski: Biz istənilən formatda masa arxasında oturmağa hazırıq

22-04-2025 22:00 21 Просмотров
IMG

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs əldə edildikdən sonra istənilən formatda masa arxasına oturmağa hazır olduqlarını bəyan edib.

Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, ərazi, təhlükəsizlik təminatları və Ukraynanın NATO-ya üzvlüyü də daxil olmaqla bir sıra mürəkkəb məsələlərə diqqət çəkən Zelenski “Hər şeyi tez bir zamanda razılaşdırmaq mümkün olmayacaq” deyib. 

Zelenski Ukrayna Böyük Britaniya, Fransa və ABŞ nümayəndələrinin sabah Londonda Rusiya və Ukrayna arasında “şərtsiz atəşkəs”i müzakirə edəcəklərini açıqlayıb.

Aysel Şirinova