Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs əldə edildikdən sonra istənilən formatda masa arxasına oturmağa hazır olduqlarını bəyan edib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ərazi, təhlükəsizlik təminatları və Ukraynanın NATO-ya üzvlüyü də daxil olmaqla bir sıra mürəkkəb məsələlərə diqqət çəkən Zelenski “Hər şeyi tez bir zamanda razılaşdırmaq mümkün olmayacaq” deyib.
Zelenski Ukrayna Böyük Britaniya, Fransa və ABŞ nümayəndələrinin sabah Londonda Rusiya və Ukrayna arasında “şərtsiz atəşkəs”i müzakirə edəcəklərini açıqlayıb.
Aysel Şirinova