Rejissor və ssenari müəllifi Ruslan Şahmalıyev aprelin 17-də 88 yaşında dünyasını dəyişib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Telegram kanalında məlumat verilib.
"2025-ci il aprelin 17-də dostumuz və həmkarımız Ruslan Qasanoviç Şahmalıyev 88 yaşında dünyasını dəyişib. Ruslan Qasanoviçin ailəsinə və yaxınlarına başsağlığı veririk", - məlumatda deyilir.
Qeyd edək ki, o, “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan Yelkən”, “Bu gün Bakı” filmlərinin rejissoru olub.