Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ruslan Şahmalıyev vəfat etdi
dünya

Ruslan Şahmalıyev vəfat etdi

17-04-2025 20:00 46 Views
IMG

Rejissor və ssenari müəllifi Ruslan Şahmalıyev aprelin 17-də 88 yaşında dünyasını dəyişib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Telegram kanalında məlumat verilib.

"2025-ci il aprelin 17-də dostumuz və həmkarımız Ruslan Qasanoviç Şahmalıyev 88 yaşında dünyasını dəyişib. Ruslan Qasanoviçin ailəsinə və yaxınlarına başsağlığı veririk", - məlumatda deyilir.

 Qeyd edək ki, o,  “Xəzər üzərində körpü”, “Dostluq möhkəmlənəcək”, “Rus mətbəxi”, “Temir-Tau”, “Axar suların nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan Yelkən”, “Bu gün Bakı” filmlərinin rejissoru olub.