Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Mirzoyan: Fidan və Bayramovla danışıqlar tərəflərin mövqelərini daha aydın etmələrinə imkan verib
siyasət

Mirzoyan: Fidan və Bayramovla danışıqlar tərəflərin mövqelərini daha aydın etmələrinə imkan verib

16-04-2025 14:00 59 Просмотров
IMG

Antalyada Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə aparılan danışıqlar tərəflərin mövqelərini bir-biri üçün daha aydın etmələrinə imkan verib.

 

Tvit.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tanya Fayonla birgə mətbuat konfransında deyib.

 

"Antalyada azərbaycanlı həmkarım Bayramovla görüşdə bir az irəliləməyə çalışdıq. Düşünürəm ki, söhbəti davam etdirmək lazımdır", - o əlavə edib.

 

A.Mirzoyan Türkiyə və Azərbaycan XİN başçıları Hakan Fidan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüşlər keçirib.

 

O qeyd edib ki, yekun qərarların və razılaşmaların əldə olunduğunu iddia etmək olmaz. Lakin müntəzəm təmasların və müzakirələrin tərəflərin mövqelərini ən azı bir-biri üçün daha aydın etdiyini də inkar etmək olmaz.