Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bayramov Suriya XİN başçısı ilə danışdı
siyasət

Bayramov Suriya XİN başçısı ilə danışdı

15-04-2025 11:00 55 Просмотров
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.

 

Tvit.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.

 

Bundan əlavə, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib.