Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Bu barədə Tvit.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.
Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.