Ukrayna Konstitusiya Məhkəməsi bu bəndin ölkə Konstitusiyasına daxil edilməsini qanunsuz hesab edərsə, Moskva ilə barışıq əldə etmək üçün Kiyev NATO -ya doğru kursundan əl çəkə bilər.
Tvit.az xəbər verir ki, bu barədə “Strana.ua” siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2019-cu ildə ölkənin əsas qanununa edilən dəyişikliklərin konstitusiyaya zidd tanınması ideyasını ilk olaraq Petro Poroşenkonun siyasi strateqi ( Rosfinmonitorinq tərəfindən ekstremist fəaliyyət və ya terrorizmlə məşğul olan şəxslər siyahısına daxil edilib) Viktor Ukolov ifadə edib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti artıq belə bir ssenari hazırlayır.
Aysel Şirinova