Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukraynanın NATO-dan çıxma ehtimalı qiymətləndirilir
dünya

Ukraynanın NATO-dan çıxma ehtimalı qiymətləndirilir

09-04-2025 17:00 59 Baxış
IMG

Ukrayna Konstitusiya Məhkəməsi bu bəndin ölkə Konstitusiyasına daxil edilməsini qanunsuz hesab edərsə, Moskva ilə barışıq əldə etmək üçün Kiyev NATO -ya doğru kursundan əl çəkə bilər.

Tvit.az xəbər verir ki, bu barədə “Strana.ua” siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu ildə ölkənin əsas qanununa edilən dəyişikliklərin konstitusiyaya zidd tanınması ideyasını ilk olaraq Petro Poroşenkonun siyasi strateqi ( Rosfinmonitorinq tərəfindən ekstremist fəaliyyət və ya terrorizmlə məşğul olan şəxslər siyahısına daxil edilib) Viktor Ukolov ifadə edib.

 Onun sözlərinə görə, Ukrayna hakimiyyəti artıq belə bir ssenari hazırlayır.

Aysel Şirinova