Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycanla İtaliya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib
siyasət

Azərbaycanla İtaliya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib

14-03-2025 20:00 26 Просмотров
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.

Bu barədə Tvit.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat nazirinin İtaliyanın şirkətlər və "Made in Italy" naziri ilə görüşündə Azərbaycan və İtaliyanın biznes tərəfdaşlığı, iki ölkəni təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.