Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tbilisinin mərkəzində 100-cü gündəlik etiraz aksiyası keçirilir
dünya

Tbilisinin mərkəzində 100-cü gündəlik etiraz aksiyası keçirilir

07-03-2025 22:00 38 Просмотров
IMG

Tbilisidə Gürcüstan parlamentinin yaxınlığında keçirilən yüzüncü etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlayıblar.

Tvit.az xəbər verir ki, bu barədə TASS  məlumat yayıb.

Tbilisidə gündəlik etiraz aksiyalarının təşkilatçıları davamlı etirazların 100-cü günü münasibəti ilə martın 7-də bir neçə yürüş keçirib. Bunların ən böyüyü Tbilisi Dövlət Universitetinin binasından təxminən iki kilometr aralıda yerləşən parlament binasına qədər baş verdi. Yürüş iştirakçıları bir neçə dəqiqə əvvəl parlament qarşısında etirazçılara qoşulub. Polis onların hərəkətinə mane olmayıb.

Aysel Şirinova