Tbilisidə Gürcüstan parlamentinin yaxınlığında keçirilən yüzüncü etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlayıblar.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tbilisidə gündəlik etiraz aksiyalarının təşkilatçıları davamlı etirazların 100-cü günü münasibəti ilə martın 7-də bir neçə yürüş keçirib. Bunların ən böyüyü Tbilisi Dövlət Universitetinin binasından təxminən iki kilometr aralıda yerləşən parlament binasına qədər baş verdi. Yürüş iştirakçıları bir neçə dəqiqə əvvəl parlament qarşısında etirazçılara qoşulub. Polis onların hərəkətinə mane olmayıb.
Aysel Şirinova