Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımda deyilir.

"Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsinin sonundan indiyədək mina qurbanlarının sayı 383 nəfərə çatıb.

İnsidentin baş verdiyi yer Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox kənara mina yerləşdirməsinin daha bir sübutudur.

Böyük mənfi humanitar təsirləri və minalarla davamlı çirklənmənin sülhə və barışığa nail olmaq səylərinə çağırış olduğunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə səylərinə beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir", - deyə paylaşımda bildirilir.