Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Həmas məhbus mübadiləsini dayandırdı
dünya

Həmas məhbus mübadiləsini dayandırdı

10-02-2025 23:00 34 Просмотров
IMG
 
HƏMAS, İsrailin atəşkəs rejimini pozması səbəbindən bu həftəsonu məhbus mübadiləsini növbəti xəbərdarlığa qədər dayandırıb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, israilin baş naziri Netanyahu təhlükəsizlik xidmətlərinin yüksək səviyyəli nümayəndələri ilə məsləhətləşmələr aparıb.
İsrail dövlət televiziyasının məlumatına görə, KAN, İsrail Baş Qərargah rəisi Herzi Halevi və martın 6-da vəzifəsinin icrasına başlayacaq növbəti Baş Qərargah rəisi Eyal Zamir də məsləhətləşmələrdə iştirak edib.
Bildirilib ki, İsraildə atəşkəsin ikinci mərhələsinə dair danışıqlara baxacaq təhlükəsizlik kabinetinin iclası çərşənbə axşamı axşamdan səhər saatlarına təxirə salınıb.

Aysel Şirinova