HƏMAS, İsrailin atəşkəs rejimini pozması səbəbindən bu həftəsonu məhbus mübadiləsini növbəti xəbərdarlığa qədər dayandırıb. Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, israilin baş naziri Netanyahu təhlükəsizlik xidmətlərinin yüksək səviyyəli nümayəndələri ilə məsləhətləşmələr aparıb. İsrail dövlət televiziyasının məlumatına görə, KAN, İsrail Baş Qərargah rəisi Herzi Halevi və martın 6-da vəzifəsinin icrasına başlayacaq növbəti Baş Qərargah rəisi Eyal Zamir də məsləhətləşmələrdə iştirak edib. Bildirilib ki, İsraildə atəşkəsin ikinci mərhələsinə dair danışıqlara baxacaq təhlükəsizlik kabinetinin iclası çərşənbə axşamı axşamdan səhər saatlarına təxirə salınıb.