Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qusarda "Hummer" aşdı - VİDEO
turizm

Qusarda "Hummer" aşdı - VİDEO

07-02-2025 14:00 18 Просмотров
IMG

Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə fevralın 6-da saat 18 radələrində qeydə alınıb.

Belə ki, Şahdağ yolu, Laza kəndi ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub.

Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.