İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.
Tvit.az "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, kot-dİvuarlı futbolçu bu mövsüm ümumilikdı "Mançester Yunayted"in heyətində 28 oyunda 6 qol vurub.