Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qazaxıstan 1,8 milyard dollarlıq mis zavodu tikir – Çinlə birgə layihə
dünya

Qazaxıstan 1,8 milyard dollarlıq mis zavodu tikir – Çinlə birgə layihə

20-10-2026 17:00 8 Просмотров
IMG

Qazaxıstanda Çin şirkətinin iştirakı ilə dəyəri təxminən 1,8 milyard dollar olan Aktogay misəritmə zavodunun tikintisinə başlanılıb.

 

Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev zavodun tikintisinə start verib.

Layihə Çinin NFC şirkətinin iştirakı ilə “KAZ Minerals” qrupu tərəfindən həyata keçirilir.

Abay vilayətində yerləşəcək müəssisə filizin hasilatı və zənginləşdirilməsindən hazır metalın istehsalınadək tam istehsal dövrünü əhatə edəcək.

Zavodun illik istehsal gücü 300 min ton katod mis təşkil edəcək. Müəssisədə mislə yanaşı, qızıl, gümüş və digər əlavə məhsulların istehsalı da nəzərdə tutulur.

Plana əsasən, ilk mis katodlarının 2030-cu ildə istehsalına başlanılacaq. Layihənin reallaşdırılması nəticəsində mindən çox yeni iş yeri yaradılacaq.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, yeni zavod ölkə daxilində istehsal olunan məhsulların əlavə dəyərinin artırılmasına və Qazaxıstanın dünya mis bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

Onun sözlərinə görə, müəssisə istifadəyə verildikdən sonra Qazaxıstan emal edilmiş mis istehsalına görə dünyanın ən böyük 10 ölkəsi sırasına daxil ola bilər.

 

 

Aysel Şirinova