Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
sosial

Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA

08-01-2025 12:00 29 Просмотров
IMG

Müəllimlərin maaşı ilə bağlı suallar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə digər sahələrdə çalışanlardan fərqli olaraq müəllimlərin niyə diqqətdən kənarda qalmasının səbəbləri soruşulur. Belə sorğular getdikcə kütləviləşir. Görünən odur ki, müəllimlər də 2025-ci ildə maaşların artırılmasını istəyirlər.

Bəs bu il müəllimlərin maaşlarının artırılması gözlənilirmi, bu məsələ necə tənzimlənə bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib  ki, maaşların artırılması sadə məsələ deyil:

"Bu mövzudan danışarkən onu nəzərə almalıyıq ki, maaşların artırılması sadə məsələ deyil. Azərbaycan davamlı olaraq bu istiqamətdə addımlar atır. Məsələ əhalininin rifahının yaxşılaşdırılmasından gedir. Prezidentin dünənki sərəncamı ibir sıra strukturlarda maaşlar artırıldı. Məsələyə geniş rakursdan baxsaq, nəzərə almalıyıq ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, hərbi sahədə yeni silahlar, texnika alınır. Bütün bunların fonunda Azərbaycan dövləti digər addımlar da atır. Biz minimum əməkhaqqının, minimum pensiyanın, minimum yaşayış həddinin artdığını gördük. Maaşlar da artırılır".

Deputat vurğulayıb ki, müəllimlərin də maaşının artırılması gündəmdədir:

"Müəllimlərin sertifikasiyası bu məsələyə mərhələli şəkildə baxılması üçün düşünülüb. Dövlətimiz təhsil işçilərinə, müəllimlərə diqqətlə yanaşır. Mərhələli şəkildə bütün sahədə çalışan insanların maaşlarına baxılacaq. Parlamentdə də büdcə müzakirələri zamanı bu məsələyə toxunulmuşdu. Biz əvvəlki illərə baxanda müəllimlərin maaşında xeyli dəyişiklikləri görə bilirik. Hətta məktəb direktorlarına və onların müavinlərinə əlavə vəsaitlərin verilməsi məsələsinə baxılıb. Elm və Təhsil Nazirliyinin də təklifləri müzakirə olunur. Müəllimlərin maaşı məsələsinə də mərhələli şəkildə baxılacaq. Burada söhbət yüz minlərlə müəllimdən gedir. Bu məsələ sadə deyil, ciddi şəkildə araşdırılıb, təhlil olunmalı və müvafiq qərar verilməli, müəyyən addımlar atılmalıdır. Müəllimlərimiz bu məsələnin dövlətin diqqət mərkəzində olduğunu bilməlidirlər. Müdafiə qabiliyyətimiz artırılır, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Bunların hamısını dövlət mərhələli şəkildə həyata keçirilir. Önümüzdəki günlərdə müəllimlərlə bağlı müəyyən addımların atılacağını görəcəyik".

Xatırladaq ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan - bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Həmin sxemi aşağıda təqdim edirik: