Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2025-ci ilin ilk oyunları keçiriləcək.
Tvit.az-ın məlumatına görə, IV turun açılış matçında MOİK "Azərreyl"lə üz-üzə gəlib.
Qarşılaşma ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci qarşılaşmasında "Murov Az Terminal" "Xilasedici"ni eyni hesabla üstələyib. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Qeyd edək ki, turun "Neftçi" - "Gənclər" oyunu yanvarın 8-də baş tutacaq.