Trampın İraqın Baş naziri Məhəmməd Şia əs-Sudaniyə İranın dəstəklədiyi qrupların İraqdakı təsirini məhdudlaşdırmaq və Suriyadakı yeni administrasiyanın daxili işlərinə qarışmamaq barədə göstəriş verdiyi iddia edilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İddia olunur ki, Tramp Sudanidən İraqda qeyri-dövlət subyektlərinin əlində silah yayılmasının qarşısını almağı, İraq daxilində İranın dəstəklədiyi qrupların təsirini məhdudlaşdırmağı, İraqın Suriyada yeni administrasiyasının qurulmasına dəstək verməsini istəyib.
Elmin Alışov