Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tramp İraqdan İranın dəstəklədiyi qrupların ölkədəki təsirini məhdudlaşdırmağı xahiş etdi
dünya

Tramp İraqdan İranın dəstəklədiyi qrupların ölkədəki təsirini məhdudlaşdırmağı xahiş etdi

06-01-2025 08:00 148 Views
IMG

Trampın İraqın Baş naziri Məhəmməd Şia əs-Sudaniyə İranın dəstəklədiyi qrupların İraqdakı təsirini məhdudlaşdırmaq və Suriyadakı yeni administrasiyanın daxili işlərinə qarışmamaq barədə göstəriş verdiyi iddia edilib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


İddia olunur ki, Tramp Sudanidən İraqda qeyri-dövlət subyektlərinin əlində silah yayılmasının qarşısını almağı, İraq daxilində İranın dəstəklədiyi qrupların təsirini məhdudlaşdırmağı, İraqın Suriyada yeni administrasiyasının qurulmasına dəstək verməsini istəyib.


Elmin Alışov