Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qazaxıstan qəzaya uğramış AZAL təyyarəsinin qara qutularını Braziliyaya göndərəcək
dünya

Qazaxıstan qəzaya uğramış AZAL təyyarəsinin qara qutularını Braziliyaya göndərəcək

29-12-2024 22:00 158 Просмотров
IMG

Qazaxıstan qəzaya uğramış AZAL təyyarəsinin qara qutularını Braziliyaya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərmək qərarına gəlib.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

"Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayevin başçılıq etdiyi qəza araşdırma komissiyası "Embraer" təyyarəsinin mənşə ölkəsi olan Braziliyanın Aviasiya qəzalarının araşdırılması və qarşısının alınması Mərkəzinə (CENIPA) uçuş rekordlarının (qara qutular) göndərilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir.