Qazaxıstan qəzaya uğramış AZAL təyyarəsinin qara qutularını Braziliyaya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərmək qərarına gəlib.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
"Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayevin başçılıq etdiyi qəza araşdırma komissiyası "Embraer" təyyarəsinin mənşə ölkəsi olan Braziliyanın Aviasiya qəzalarının araşdırılması və qarşısının alınması Mərkəzinə (CENIPA) uçuş rekordlarının (qara qutular) göndərilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir.