Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb
turizm

Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb

27-12-2024 20:00 18 Просмотров
IMG

Cəlilabadda həkim xəstəni döyüb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.


Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

 

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

 

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

 

Fakt araşdırılır.