Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaq.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
"Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək", - məlumatda qeyd olunub.