Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Fransada Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı qalmaqal yaranıb
dünya

Fransada Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı qalmaqal yaranıb

25-11-2026 23:00 53 Просмотров
IMG

Fransada parlamentə əvvəlcədən məlumat verilmədən Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı siyasi qalmaqal başlayıb.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransanın müdafiə nazirinin müavini Alis Rüfo Ukraynada fransalı hərbçilərin yerləşdirilməsi məsələsinə aydınlıq gətirmək üçün Senatın qapalı iclasına çağırılıb.

Söhbət Ukrayna hərbçilərinin təlimi və Paris tərəfindən tədarük edilən hərbi texnikaya texniki xidmət göstərilməsini nəzərdə tutan “Volia” missiyasından gedir.

Müxalifət hökumətin bu qərarını tənqid edir. Bildirilir ki, Konstitusiyaya əsasən, hökumət ölkə hərbçilərinin xaricə göndərilməsi barədə parlamenti məlumatlandırmalıdır. Müxalifətin fikrincə, bu prosedura əməl edilməməsi Fransanın münaqişəyə cəlb olunması riskini artırır.

Qəzetin yazdığına görə, Rüfo koordinasiya strukturunun mövcudluğunu təsdiqləsə də, Fransa hərbçilərinin döyüşlərdə birbaşa iştirak etməsi ilə bağlı iddiaları “absurd” adlandırıb.

Qeyd edək ki, noyabrın 25-də Fransada prezidentliyə namizəd və cüdoçu Teddi Riner də ölkə hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb.