Müğənni Rəqsanə İsmayılova sənətdən getmək istədiyini açıqlayıb.
Tvit.az yazır ki, bu barədə o, Nail naiboğlunun “10+” verilişində danışıb:
“Hələ özüm ola bilmirəm. Qarşıda görüləsi çox işim var. Onları bitirəndən sonra, dərindən nəfəs alıb “bitdi” deyib, həmin Rəqsanə olacağam. O günü, o saatı gözləyirəm, mənə o lazımdır. Bu sənətdə çox qalmaq istəmirəm. Qarşıma məqsəd qoymuşam, biznes qurub sənətdən uzaqlaşmaq istəyirəm. Yoruldum”. (olay.az)