Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiyalı jurnalist barəsində axtarış elan edildi – 10 ilədək həbs oluna bilər
dünya

Rusiyalı jurnalist barəsində axtarış elan edildi – 10 ilədək həbs oluna bilər

17-11-2026 17:00 42 Просмотров
IMG

Rusiyalı jurnalist Katerina Qordeyeva barəsində cinayət işi üzrə axtarış elan edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış bazasında məlumat yerləşdirilib.

 

Məlumata əsasən, Rusiyada xarici agent kimi tanınan jurnalist Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib. Lakin axtarışın konkret hansı maddə əsasında aparıldığı açıqlanmayıb.

Xatırladaq ki, avqustun 7-də Rusiya İstintaq Komitəsinin Katerina Qordeyeva barəsində Rusiya Silahlı Qüvvələri ilə bağlı yalan məlumatlar yaymaq ittihamı üzrə cinayət işi başlatdığı məlum olub.

İstintaqın iddiasına görə, jurnalist özünün “Telegram” kanalında Rusiya ordusunun Ukraynanın mülki əhalisinə qarşı hərəkətləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Rusiya tərəfi həmin məlumatların yalan olduğunu psixoloji-linqvistik ekspertizaların nəticələri ilə əsaslandırır.

Qordeyeva irəli sürülən ittiham üzrə 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi 2022-ci ilin payızında Katerina Qordeyevanı xarici agentlər reyestrinə daxil edib.