Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 2 neft tankerinin minaya dəyərək partladığını iddia edib.
Tvit.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, tankerlər boğazdan müəyyən edilmiş marşrutlardan kənar keçməyə cəhd göstərib.
Bildirilir ki, hər 2 gəmi naviqasiya və identifikasiya sistemlərini sıradan çıxarıb və ABŞ qüvvələrinin dəstəyi ilə hərəkət edib.
İran tərəfinin məlumatına əsasən, tankerlərdən biri Hörmüz boğazının şərq hissəsində, digəri isə birbaşa boğazın daxilində partlayıb.
Elmin Alışov