Litva Belarusla sərhəd yaxınlığında 6 mindən çox hərbi qulluqçunun iştirakı ilə iki hərbi təlimə başlayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata əsasən, “Freedom Shield 26-II” və “Grand Eagle 26” adlı təlimlər noyabrın 6-dan dekabrın 3-dək davam edəcək. Təlimlərə Almaniyanın 10-cu tank diviziyası rəhbərlik edir.
Bildirilib ki, məqsəd hərbi bölmələrin döyüş hazırlığının artırılması, komandanlıq və idarəetmə prosedurlarının, əməliyyat planlaşdırılmasının təkmilləşdirilməsi, eləcə də NATO müttəfiqləri Litva və Polşa arasında koordinasiyanın gücləndirilməsidir.