Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qazaxıstan və Qırğızıstan ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir
dünya

Qazaxıstan və Qırğızıstan ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir

30-10-2026 21:00 15 Просмотров
IMG

Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ticarət-iqtisadi missiyanın yekunları açıqlanarkən bildirilib.  Qazaxıstan şirkətləri ümumi dəyəri 95 milyon dollar olan saziş və müqavilələr imzalayıblar.

Danışıqlarda Qazaxıstanın 80-ə yaxın şirkətinin nümayəndəsi iştirak edib. Razılaşmalar avtomobil və xüsusi texnikanın tədarükü, servis xidmətlərinin inkişafı, sənaye kooperasiyası və aqrar-sənaye kompleksi sahələrində əməkdaşlığı əhatə edir.

Qeyd edək ki, ticarət-iqtisadi missiya Qazaxıstan və Qırğızıstan arasında Regionlararası Əməkdaşlığın II Forumu çərçivəsində təşkil olunub.