Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması planlaşdırılır.
Tvit.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən ticarət-iqtisadi missiyanın yekunları açıqlanarkən bildirilib. Qazaxıstan şirkətləri ümumi dəyəri 95 milyon dollar olan saziş və müqavilələr imzalayıblar.
Danışıqlarda Qazaxıstanın 80-ə yaxın şirkətinin nümayəndəsi iştirak edib. Razılaşmalar avtomobil və xüsusi texnikanın tədarükü, servis xidmətlərinin inkişafı, sənaye kooperasiyası və aqrar-sənaye kompleksi sahələrində əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, ticarət-iqtisadi missiya Qazaxıstan və Qırğızıstan arasında Regionlararası Əməkdaşlığın II Forumu çərçivəsində təşkil olunub.