İran və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tvit.az xəbər verir ki, görüş Moskvada İran səfirliyində KTMT-nin baş katibi Məsədiqov ilə İranın Rusiyadakı səfiri Cəlali arasında baş tutub.
Tərəflər Mərkəzi Asiya, Yaxın Şərq və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda İran və KTMT arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsi və müntəzəm işgüzar əlaqələrin saxlanılması barədə qarşılıqlı maraq təsdiqlənib.