Suriya və BƏƏ xarici işlər nazirləri arasında telefon danışığı olub
Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, Suriya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri Əsəd əş-Şeybani və Abdullah bin Zayed Al Nəhyan arasında telefon danışığı baş tutub.
Tərəflər ikitərəfli münasibətlərin inkişafını və regionda baş verən son hadisələri müzakirə ediblər.
Nazirlər, həmçinin ümumi maraqların təmin olunması məqsədilə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Aysel Şirinova